| Xəbər 3799 dəfə oxunub
Estoniyanın keçmiş baş naziri Antarktidada bələdçiliklə məşğul olur

Estoniyanın keçmiş baş naziri Andres Tarand Antarktidada bələdçiliklə məşğul olur.

Trend-in məlumatına görə, 79 yaşlı sabiq nazir turist qruplarının rəhbəri qismində bölgəyə səfərlər edir.

Qeyd olunur ki, ixtisasca meteoroloq olan A.Tarand 1960-cı illərdə Antarktidada elmi stansiyada işləyib.

 

O bildirib ki, hər il Antarktidaya 40 min turist səfər edir.

Qeyd edək ki, Andres Tarand 1994-95-ci illərdə Estoniyanın baş naziri olub.