|
Göyçayda iki avtomobil toqquşub piyadanı vurdu

Göyçay rayonunda yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə rayon mərkəzində qeydə alınıb. İsmayıllı rayon sakini, 1998-ci il təvəllüdlü Qasimov Anar Şakir oğlunun idarə etdiyi avtomobillə qarşı hərəkət zolağında olan "Mercedes" markalı avtomobil toqquşub. "Mercedes"lə toqquşan avtomobil yol kənarındakı piyada, 1990-cı il təvəllüdlü Abdullayev Taleh Əmiraslan oğlunu vurub.

 

A.Qasımov və T.Abdullayev xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.