|
Acun TV 8-i satıb?

Aparıcı Acun Ilıcalının sahibi olduğu TV 8-i satması haqda iddialar yayılıb.

Axşam.az-ın məlumatına görə, kanalı "Medicalpark"ın aldığı bildirilib. 
Lakin Ilıcalı mövzu barədə açıqlama verib və bu sözləri deyib:
"Bu barədə gələn təkliflər çoxdur. Amma kanalı almaq istəyənlər arasında adıçəkilən şirkət yoxdur".
Qeyd edək ki, Mahmut Karakeçilinin sahib olduğu "Maxam Holding" də TV 8-i almaq istəyənlər arasındadır.