|
Burun əməliyyatı 3 aylıq koma ilə bitdi

11 ay öncə evlənən 26 yaşındakı İbrahim Doğan rahat nəfəs ala bilmədiyi üçün üç ay əvvəl burnunu əməliyyat etdirməyə qərar verib.

Amma əməliyyat zamanı gənc adam komaya girib və komadan çıxa bilmir. İ.Doğanın həyat yoldaşı prokurorluğa şikayət edib. 11 yanvarda əməliyyata girən gəncin burnundakı sümük alınarkən qəribə hadisə baş verib.

Öncə gəncin ürəyi dayanıb, müdaxilədən sonra ürəyin fəaliyyəti bərpa olunub. Amma bu zaman da onun beyninə oksigen getməyib. Dərhal gənci Pamukkale Universiteti Xəstəxanasına göndəriblər. Bununla belə, 3 aydır ki, İ.Doğan reanimasiyadadır və ayılmır.