| Xəbər 3715 dəfə oxunub
Azərbaycan Ordusu genişmiqyaslı təlimlərə başlayıb

Martın 11-də Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, təlimlərə 10 min nəfərədək şəxsi heyət, 500-dək tank, zirehli texnika, eləcə də avtomobil və xüsusi texnika, 300-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 20-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub.

 

Təlimlər martın 15-dək davam edəcək.