| Xəbər 2933 dəfə oxunub
Ukraynada yollara cavabdeh məmur yol qəzasına düşüb

Ukrayna infrastruktur nazirinin müavini Viktor Dovqan Zakarpatyeyə gedən yolda qəzaya uğrayıb.

ONA-nın “Lenta.ru”ya istinadən yaydığı xəbərə görə, məmur bu haqda Facebook sosial şəbəkəsindəki səhifəsində yazıb.

V.Dovqanın maşını Lvov-Ujqorod trasında yolun bərbad vəziyyətində olmasına görə dərəyə düşüb və təkəri qırılıb.

Nazir müavini yol örtüyünün tamamilə sıradan çıxdığını bildirib.