| Xəbər 5198 dəfə oxunub
Yuxunun böyük faydası üzə çıxdı

İsrailin Bar-İlan Universitetinin alimləri yuxunun hüceyrələrdə DNT-nin bərpasına vasitəçilik etdiyini və onların erkən qocalmasına və xərçəngin inkişafına əngəl yaratdığını müəyyən edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə press-reliz "MedicalXpress" nəşrində dərc olunub.

Tədqiqatın gedişində bioloqlar yüksək dəqiqlikli mikroskopiya vasitəsilə danio-rerio balıqlarında neyronların 3D görüntülənməsini həyata keçirib. Bu, gündəlik dövrələr zamanı xromosomların fəaliyyətini yaxından izləməyə imkan verib.

 

Məlum olub ki, canlı oyaq olan zaman onun DNT-də zədələnmələrin sayı artmağa başlayır. Uzunmüddətli yuxusuzluq onları təhlükəli səviyyəyə çatdıra bilir.

Alimlərin sözlərinə görə, yuxu hüceyrə nüvəsinin funksiyasını qoruyub saxlayır, xromosomların dinamikasının qaldırır, hər bir neyronda genetik materialı bərpa edir.