|
DÇ-2022-nin bəzi oyunları Oman və Küveytdə keçirilə bilər

FİFA Dünya çempionatı – 2022-nin bəzi qarşılaşmalarının Oman və Küveytdə oynanılması variantını nəzərdən keçirir.

"Report" "AP News"a istinadən xəbər verir ki, mənbənin məlumatına görə, Küveyt və Oman bundan əvvəl dünya birinciliyinin keçirilməsində Qətərə köməklik göstərməyə hazır olduqlarını bildiriblər.

DÇ-2022 ənənəvi olaraq 32 deyil, 48 komandanın iştirak edəcəyi ilk dünya çempionatı ola bilər. Turnirin genişləndirilməsi, oyunların digər ölkələrdə keçirilməsini tələb edəcək. FİFA-nın göstərilən ölkələrin nümayəndələri ilə məxfi danışıqlar apardığı bildirilir. Təşkilat prezidenti Canni İnfantino bu yaxınlarda Oman və Küveytdə səfərdə olub.