|
Yasamalda “Qadın ürəyi” adlı tədbir keçirilib

Yeni Azərbaycan Partiyasının(YAP) Yasamal Rayon Təşkilatında 8 mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Qadın ürəyi” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı ilə reallaşan tədbirdə qurumun üzvü Elnurə İsgəndərova çıxış edərək bu günün önəmindən danışıb, rayonun ictimai-siyasi həyatında yaxından iştirak edən qadınları təbrik edib.

YAP Yasamal Rayon Təşkilatının sədri Tağı Əhmədov Azərbaycan qadınlarının fəaliyyətindən, respublika üçün gördükləri əhəmiyyətli işlərdən söz açıb. T. Əhmədov Birinci-vitse prezident Mehriban Əliyevanın ölkəmiz üçün gördüyü işlərdən söz açaraq Azərbaycan qadınlarının tarixən işgüzar, ağıllı və həmişə öndə gedən olduğunu qeyd edib.

Çıxış edən digər natiqlər qadının dünyada, ailədə, cəmiyyətdəki rolundan bəhs ediblər.

Tədbir çərçivəsində qonaqlar xanım rəssamların əl işindən ibarət sərgiyə baxıblar