|
Qurdbasar cinsləri fermerlərə yardım edəcək

“Qafqaz İt Cinslərinin Həvəskarları” İctimai Birliyi ölkədə it cinslərinin yetişdirilməsinə başlayıb.

Bu barədə Trend-ə birliyin Mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, təşkilat hazırda qurdbasar it cinsini təkmilləşdirməklə və onun beynəlxalq təqdimatı ilə məşğul olur.

 

“Qafqaz İt Cinslərinin Həvəskarları” İctimai Birliyi tərəfindən hazırda Azərbaycanın milli it cinsi olan qurdbasarın tanıdılması, bərpası və qorunması layihəsini həyata keçirməyə başlayıb.

Təşkilat layihə çərçivəsində gənc fermerlərə dəstək məqsədilə Amil Qardaşovun fərdi təsərrüfatının qorunması üçün ona qurdbasar küçüyü hədiyyə edib. Qurdbasar küçüyünün şəcərəsi damazlıq kitabında qeydiyyatdan keçib və küçüyün sahibinə pasport təqdim edilib.

“Qafqaz İt Cinslərinin Həvəskarları” İctimai Birliyi gələcəkdə də milli it cinsimiz olan qurdbasarın beynəlxalq aləmdə tanıdılması, vətəndaşlarımıza, xüsusilə gənclərə sevdirilməsi istiqamətində silsilə tədbirlər həyata keçirməyi davam etdirəcək.