|
Gürcüstan Prezidenti Qaxda gürcü icmasının üzvləri ilə görüşüb

Gürcüstan Prezidenti Salome Zurabişvili Bakıda keçirdiyi rəsmi görüşlərdən sonra Qax rayonuna yollanıb. Trend-in məlumatına görə, S.Zurabişvili Qaxda gürcü icmasının üzvləri ilə görüşüb.

Qeyd edək ki, Gürcüstan Prezidenti Bakıda yaşıyan etnik gürcülərlə, diaspora nümayəndələri ilə, həmçinin tələbə və sahibkarlarla görüş keçirib. Görüş Gürcüstanın Azərbaycandakı Səfirliyində təşkil edilib.