| Xəbər 12964 dəfə oxunub
Yaponiyada 268 qram çəki ilə doğulmuş uşaq xəstəxanadan buraxılıb

Yaponiyanın paytaxtı Tokioda 268 qram çəki ilə doğulmuş uşaq bir neçə aydan sonra xəstəxanadan buraxılıb.

Trend-in məlumatına görə, ötən ilin avqustunda anadan olmuş körpə uzun müddət həkim nəzarətində qalıb.

Qeyd olunur ki, ana bətnində baş vermiş qüsur nəticəsində uşağın böyüməsi dayanıb və nəticədə hamiləliyin 24-cü həftəsində qeysəriyyə əməliyyatı keçirilib.

 

Uşaq həkim nəzarətində olarkən 3 kiloqram çəki yığıb və müstəqil şəkildə ana südü qəbul etməyə başlayıb.

Bugünədək 300 qram çəkidən az doğulan uşaqlardan yalnız 23-ü sağ qalıb.