|
Egey dənizində Azərbaycanın da qatıldığı hərbi dəniz təlimləri başladı

Türkiyə Egey dənizində "Mavi Vatan" adı altında hərbi dəniz təlimlərinə başlayıb.

Trend-in məlumatına görə, təlimlərə yerli vaxtla saat 05:00-dan start verilib.

 

Hərbi dəniz təlimlərində Azərbaycan, Bosniya və Herseqovina, Qətər, Almaniya, İtaliya və digər ölkələr də iştirak edir.

Ümumilikdə təlimlərə 15 ölkədən 251 hərbi qulluqçu qatılıb.