| Xəbər 11360 dəfə oxunub
38 ildən sonra dünyanın ən iri arısı tapıldı

İndoneziyada bir qrup alim nəhəng arı aşkar edib.

Trend-in məlumatına görə, Uolles arısı sonuncu dəfə 1981-ci ildə müşahidə olunmuşdu.

 

Qeyd olunur ki, alimlər 4 santimetr uzunluğunda dişi arını termit yuvasında tapıblar.

Uolles arısını ilk dəfə 1859-cu ildə Alfred Uolles təsvir edib. 1981-ci ildə sonuncu dəfə göründükdən sonra Uolles arısı nəsli kəsilmiş hesab olunurdu.