|
Estoniyada NATO-nun "Qış düşərgəsi" adlı hərbi təlimləri başa çatıb

Estoniya, ABŞ və digər NATO ölkələrinin hərbçilərinin iştirakı ilə keçirilən "Talvelaager" (Qış düşərgəsi) hərbi təlimləri başa çatıb.

Trend-in məlumatına görə, bu barədə Estoniyanın Müdafiə Qüvvələrindən bildiriblər.

 

Mayor Mark Qennon deyib: "Hava bizi çox təəccübləndirdi: təlimlərin ilk günlərində şaxta oldu, son günlər isə təlimlər buzların əriməsi şəraitində keçirildi. Bu da öz növbəsində iştirakçılara qışda ən müxtəlif hava şəraitində istifadə olunan texnikanı mənimsəməyə gözəl imkan verdi".

Qeyd edək ki, təlimlərin ilk mərhələsi fevralın 6-sı, ikinci mərhələsi isə fevralın 12-si başlamışdı.