|
"Mançester Yunayted"in keçmiş oyunçusu "MLS"in "Orlando" klubuna keçib

Portuqaliyanın "Sportinq" klubunun portuqaliyalı yarımmüdafiəçisi Nani Şimali Amerikanın Əsas Futbol Liqasının ("MLS") klubu "Orlando"ya transfer olunub.

Trend-in məlumatına görə, futbolçu ilə imzalanın müqavilə 3 il müddətinə nəzərdə tutulub. Nani "Orlando"ya azad agent hüququları əsasında keçib.

 

Qeyd edək ki, Portuqaliya yığmasının yarımmüdafiəçisi Nani İngiltərənin "Mançester Yunayted", Türkiyənin "Fənərbağça", İspaniyanın "Valensiya" və İtaliyanın "Latsio" klublarında çıxış edib.