| Xəbər 3550 dəfə oxunub
13 yaşlı oğluna spirtli içki içirtdi, az qala öldürürdü

Çində 13 yaşlı yeniyetməni ciddi alkoqol zəhərlənməsinə görə xəstəxanaya aparıblar. Buna səbəb atasının uşağa Çin arağı olan baytzyunu içməyə məcbur etməsi olub. İnsident 12 fevralda baş verib. Ailə məclisi zamanı kişi oğlunu 100 qram miqdarında baytzyu içməyə məcbur edib. Bu üsulla çinli öz oğlunu spirtli içkilərə alışdırmaq istəyib. 

Amma qısa müddət sonra valideynləri anladılar ki, uşağın durumu heç də yaxşı deyil. Onun üzü qızarıb, stolda uzanıb və səslərə reaksiya verməyib, bədən temperaturu da qalxıb.

Yeniyetməni xəstəxanaya şüursuz vəziyyətdə gətiriblər. Növbətçi həkim Lyu Lin bildirib ki, bütün ailədən içki iyi gəlirmiş. Zərərçəkmişə təcili müdaxilə edilib, amma bir gün sonra özünə gəlib. Uşağın atası and içib ki, gələcəkdə oğlu ilə bir daha belə zarafatlar etməyəcək.

Həkimlər isə bildiriblər ki, alkoqol uşaqların səhhətinə ciddi zərbə vura bilər. Onun qəbul edilməsinə görə böyrəkdə, beyində və əsəb sistemində böyük problemlər yarana və epilepsiya baş verə bilər. Uşaq üçün ölümcül doza 25 millilitr alkoqoldur. Lap balaca uşaqları isə altı-yeddi millilitr spirtli içki də öldürə bilər. Çində alkoqolu ancaq 18 yaşına çatanlara satırlar.