|
“Gənclərə dəstək” layihəsi çərçivəsində növbəti konsert olub

“Gənclərə dəstək” layihəsi çərçivəsində növbəti konsert fevralın 18-də M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında reallaşıb.

Konsert proqramı Xalq artisti Ağaverdi Paşayevin dirijorluğu ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri tərəfindən müşayiət edilib. Konsert çərçivəsində gənc ifaçılar tərəfindən tanınmış gənc və klassik bəstəkarların əsərləri səsləndirilib.

Qeyd edək ki, “Mədəniyyət” kanalı və Azərbaycan Akademik Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə gerçəkləşəcək layihə çərçivəsində hər il mütəmadi olaraq konsert proqramları təqdim edilir.