| Xəbər 5716 dəfə oxunub
Bu qan qrupu olan qadınlar HAMİLƏLİKlə problem yaşayır

Amerika alimləri araşdırmalar nəticəsində aşkar ediblər ki, 1-ci qan qrupu olan qadınlarda digər qan qrupları ilə müqayisədə yumurtalıqlarda yumurta hüceyrələrinin  sayı daha azdır və onların "keyfiyyəti" daha aşağıdır.

Milli.Az saglamheyat.com-a istinadən bildirir ki, kişilərdən fərqli olaraq qadın orqanizmində cinsi hüceyrələr "istehsal olunmur". Qız dünyaya gələndə cinsi hüceyrələr onun yumurtalıqlarında artıq olur. Buna "ovarial rezerv" deyilir (ovum - latın dilində "yumurta" deməkdir). Daha sonra yeni cinsi hüceyrələr qadın orqanizmində əmələ gəlmir.

Yetkinlik yaşlara çatdıqda "yatılı" vəziyətdə olan cinsi hüceyrələrin inkişafı prosesi başlayır.

 

Hər menstrual dövr ərzində 1 və ya daha nadir hallarda bir neçə yumurta hüceyrəsi böyüyür, inkişaf edir və yumurtalıqdan çıxır (ovulyasiya).

1 qan qrupu olan qadınlarda digər qan qrupları ilə müqayisədə hamiləlik ehtimalı daha aşağı olsa da bu o demək deyil ki, bu qadınlar sonsuzdur. Sadəcə bu qadınlar öz reproduktiv sağlamlığına qarşı daha diqqətli olmalıdır.