|
"Dönüşüm möhtəşəm olacaq"

Bir ildir ekranlardan uzaq olan model-aparıcı Simge Tertemiz ticarət mərkəzlərindən birindən çıxarkən görüntülənib.

 

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran Simge uzun fasilədən sonra sənətinə geri dönəcəyini açıqlayıb. 

"Gedişim səssiz oldu, amma dönüşüm möhtəşəm olacaq" deyən Tertemiz bundan sonra tez-tez podium və ekranlarda görünəcəyini söyləyib.