| Xəbər 2994 dəfə oxunub
Bətnindəki xəstə uşağı dünyaya gətirdi ki, orqanlarını digər xəstələrə versin

Amerikanın Tennesi ştatı sakini ölümcül xəstəliklə dünyaya gələcək uşağından vaz keçməyib. Hamiləliyi zamanı uşağının bu xəstəliklə dünyaya gələcəyindən xəbər tutan ana onu doğmağa qərar verib.

Məqsəd onun orqanlarını bağışlamaq olub. Bu barədə lenta.ru saytı xəbər verib. Hamiləliyin 18-ci həftəsində Krista Devis xəbər tutub ki, onun dünyaya gələcək körpəsində anensefaliya xəstəliyi aşkarlanıb. Bu xəstəliklə dünyaya gələn uşaq isə 30 dəqiqədən artıq yaşamır.

Devis bu xəbəri öyrənəndən sonra hamiləliyinin yarıda kəsilməsinə etiraz edib. O, körpəni dünyaya gətirməklə onun orqanlarını ehtiyacı olanlara verməyi planlaşdırıb. Qadın 2.72 kilo ağırlığında qız uşağı dünyaya gətirib. Bir həftə sonra körpə dünyasını dəyişib. Onun ürək klapanlarını xəstə uşaqlara, digər daxili orqanlarını isə anensefaliya xəstəliyinin kökünü kəsmək üçün araşdırma aparan həkimlərə veriblər.

2017-ci ildə xəbər verildi ki, 13 yaşlı Böyük Britaniyadan olan, ölmüş qızın orqanları səkkiz nəfərin həyatını xilas edib.