| Xəbər 3647 dəfə oxunub
Atılmış evdə vəhşi pələng tapıldı

Amerikada narkomanlar atılmış evdə vəhşi pələng tapıblar. Bu barədə lenta.ru saytı xəbər verib. İnsident 4 fevralda Amerikanın Teksas ştatındakı Hyuston şəhərində baş verib. Bir neçə kişi atılmış evin qarajına giriblər ki, orada narkotikdən istifadə etsinlər. Amma evdəki qəfəsin içində vəhşi pələng aşkarlayıblar. 

Şahidlər heyvanlar üçün yerli sığınacağa müraciət ediblər. Sığınacağn əməkdaşları isə polisə müraciət ediblər. Yerli qurumların məlumatına görə, qarajın darvazası qıfılla bağlanılıb. 

Yerli hakimiyyət nümayəndələrinin məlumatına əsasən, kiçik qəfəsdə çəkisi 160 kilo olan pələng saxlanılıb. Daha sonra əməkdaşlar qəfəsdən aralıda ət parçaları tapıblar. Bu da ondan xəbər verib ki, sahibi heyvana qulluq edib. 

Vəhşi heyvanı yatızdıraraq, evsiz heyvanların sığınacağına göndəriblər. Daha sonra yerli xeyriyyə təşkilatının rəhbəri Haydi Kran pələngi ixtisaslaşmış müəssisəyə yerləşdirib. Burada ekzotik heyvanlara lazımi qayğı göstərilir.