| Xəbər 3057 dəfə oxunub
Ölmüş qadınların cəsədini tapdığı üçün iti mükafatlandırıblar

Argentinada alman cins iti İsraildən olan itən turistlərin cəsədini tapdığı üçün min dollardan artıq mükafat alıb. Bu barədə “The Times of Israel” nəşri xəbər verib. Pullar kinoloqlar klubunun inkişafına sərf olunacaq. 

54 yaşlı mikrobioloq professor Lili Pepeq və onun bacısı, 63 yaşlı Piri Sarusi ilə qohumları 12 yanvardan bəri əlaqə saxlaya bilmirdilər. Polis onun axtarışları ilə məşğul olsa da, qadının bədənini tapmağa alman ovçarkası Ruk nail olub. Turistlərin qalıqları tikinti zibilliyi altından tapılıb. 8 fevralda Ruka və onun məşqçisinə 1.3 min dollar məbləğində mükafat veriblər.

Eyni zamanda Kastroya məxsusi olaraq pul mükafatı da verilib. Bu, ölən qadınların qohumlarının xahişi əsasında olub. İsrailli qadınların cəsədini fevralın əvvəlində vətənlərinə yollayıblar. Argentinada isə Cil Pereq adlı gənci anasını və xalasını qətlə yetirdiyinə görə həbs ediblər. Məlum olub ki, onları öldürüb, cəsədlərini gizlədən bu gənc olub.