| Xəbər 3185 dəfə oxunub
Fillər avtobusun yolunu kəsdilər

Hindistanda bir neçə fil avobusun yolunu bağlayıb və sərnişinləri qorxudublar. İnsident barədə video Newsflare portalında yer alıb. Sözügedən videoroliki Tamilnad ştatındakı avtobusda, sərnişinlərdən biri çəkib. Videoda görünür ki, iki fil avtobusa qarşı gəlilər. Daha sonra daha bir fil ağacların arasından çıxır. Sürücü avtobusu dayandırır və pəncərəni bağlayır. 

Avtobusun salonunda panika başlanır. Bir neçə sərnişin sürücüdən xahiş edir ki, avtobusun yolunu dəyişsin. Amma sürücü inandırmağa çalışır ki, qorxulu heç nə baş verməyəcək. Bu zaman fillər pəncərəyə yaxınlaşırlar. Onlardan biri xortumunu qaldırır və qorxunc səs çıxarır. Tezliklə

heyvanlar geriyə qayıdır və ağacların arasında gizlənirlər. 
Avqust ayının sonunda Cənubi Afrikanın Kryuger milli parkında bir ziyarətçi belə bir video çəkib paylaşmışdı ki, onun yanından bir dəstə şir kçir. O, iddia edir ki, ən azı 15 heyvan görüb.