|
Göyçayda naməlum şəxslər fermanı yandıraraq qaçıblar

Göyçay rayonunda yanğın hadisəsi baş verib.

"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə gecə saat 3:00 radələrində rayonun Şahsoltanlı kəndi ərazisində yerli sakin Mustafa Əmirova məxsus fərdi təsərrüfatda qeydə alınıb.

Dərhal əraziyə FHN-in Göyçay və Ağsu Dövlət Yanğından Mühafizə hissəsinin texnika canlı qüvvəsi cəlb olunub. Yanğın zamanı 1200 kvadratmetr ərazinin 400 kvadrat çardaq hissəsi və 20 tondan çox ot bağlaması yanıb.

Təsərrüfat sahibinin sözlərinə görə, əvvəlcə fermaya naməlum şəxslər basqın edib, lakin oğurluq edə bilmədikləri üçün fermya od vuraraq qaçıblar.

Faktla bağlı araşfırma aparılır.

Daha əvvəl Qaxda saunada yanğın baş verib.