|
Bakıda motosikletli kuryer "Cadillac"la toqquşdu: Bir nəfər reanimasiyaya yerləşdirildi

Bu gün axşam saatlarında Bakıda ağır yol qəzası baş verib.

"BüyükFirat" restoranında kuryer kimi çalışan Vüsal adlı şəxs  (soyadı bəlli deyil) idarə etdiyi motosikletlə 99-RL-389 dövlət nömrə nişanlı "Cadillac" markalı avtomobillə toqquşub. 
Hadisə Hənifə Ələsgərov və Süleyman Rüstəm küçəsinin kəsişməsində baş verib.

Hadisə yerində olan şahidlərdən birinin musavat.com-a verdiyi məlumata görə, qəzaya səbəb avtomobil sürücüsünün diqqətsizliyi olub. Avtomobilə çırpılan motoskilet sürücüsünün ağır travma aldığı bildirilir. 
Zərərçəkən hazırda 1 saylı klinik xəstəxananın cərrahiyyə korpusunda reanimasiyadadır.

00:11***

Bu dəqiqələrdə aldığımız məlumata görə, kuryerin vəziyyəti ağır olduğundan qəzaya səbəb olan sürücünün yaxınları onu Mərkəzi Klinik Xəstəxanasına aparıblar.