|
İŞİD-in 300 milyon dollara yaxın maliyyəsi qalıb

“İŞİD-in 50-300 milyon dollar civarında maliyyə mənbəyi qalıb”.

Modern.az xəbər verir ki, bu barədə BMT baş katibinin müavini və Terrorizmlə Mübarizə Departamentinin direktoru Vladimir Voronkov açıqlama verib.

Voronkov İraqdakı İŞİD üzvlərinin 14-18 mininin, Suriyadakı terrorçuların isə təxminən 3 mininin əcnəbilərdən ibarət olduğunu vurğulayıb.