| Xəbər 4072 dəfə oxunub
Bu uşaqlar həm mismar, həm də plastik ördək udur

2 yaşındakı Şeyla qarın ağrısı şikayəti ilə xəstəxanaya aparılıb.

Rentgenə salınan uşağın bağırsağında görünənlər isə həkimləri şoka salıb. Məlum olub ki, balaca qızın bağırsağında 9 santimetrlik mismar var. Amma bu, uşaqların dəcəlliklərinin necə sağlamlıqlarını risk altına qoyması ilə bağlı ilk nümunə deyil. Daha öncə də Amerikada 8 aylıq körpə suya qoyulanda şişirdildikdə dəfələrlə böyüyən bir topu udub. Top uşağın qarnında böyüdüyü üçün onu təcili əməliyyata aparıblar. Daha bir nümunə isə 7 aylıq bir körpənin tük udmasıdır. Həkimlər həmin tükü əməliyyata ehtiyac duymadan çıxarıblar. 7 yaşındakı başqa bir uşaq isə danışanda qəribə səslər çıxarmağa başlayınca ailəsi onu xəstəxanaya aparıb.

Həkimlər ilk növbədə psixoloji bir problem olduğunu düşünsə də, sonradan məlum oldu ki, uşaq plastik ördək udub. Sinə ağrısı və qusma şikayəti ilə xəstəxanaya gələn başqa bir balaca uşağın isə batareya udduğu ortaya çıxıb. Batereya uşağın yemək borusunda bir deşik açıbmış.