| Xəbər 3776 dəfə oxunub
Qulaqlarından girən qarışqa gözlərindən çıxıb

Hindistanda 11 yaşındakı qız şagirdin gözlərindən qarışqalar çıxıb.

Yuxu zamanı kiçik qızın gözünə girdiyi düşünülən qarışqaları təmizləyən həkimlər təəccüb doğuran bir həqiqətlə qarşılaşıblar. Hindistanın Belthangadidəki Nellingeri kəndində yaşayan Aşvini adlı uşağın ailəsi öncə bu duruma çox əhəmiyyət verməsə də, qarışqaların çıxmağa davam etdiyini görüncə xəstəxanaya müraciət edib.

Həkimlərin müəyyən etdiyinə görə, qarışqalar uşağın qulağından içəri girib. Xəbərdə həmçinin bildirilir ki, müxtəlif dərmanlar yazılaraq evinə göndərilən Aşvininin gözlərindən gündəlik olaraq 5-6 qarışqa çıxmağa davam edir, son 10 gündə isə gözlərindən çıxan qarışqaların sayı 60-a qədər artıb.