| Xəbər 3532 dəfə oxunub
Bədəninə tatu döydürmək üçün 90 min dollarından keçdi: "Peşman deyiləm”

Britaniyanin “The Mirror” nəşri xəbər verir ki, 42 yaşlı Brent Cross bədəninə tatu döydürmək üçün 750 saat iynə altında qalıb. Üstəlik, bu xidmətə görə tatu ustalarına 90 min dollar ödəyib. 

Bədəninə ilk tatunu 25 yaşında döydürən avstraliyalı 2 uşaq atasıdır. Deyir ki, tatuya aşırı maraq göstərdiyinə görə qətiyyən peşman deyil. 

Britaniya nəşri yazır ki, Brent Crossun bədənində yalnız cinsi orqan tatudan kənarda qalıb. Avstraliyalı buna da əncam çəkmək fikrindədir. Ancaq bəlli çətinlik var. Çünki cinsi orqanın dərisi xeyli zərifdir. Onun üzərinə tatu döymək son dərəcə ağrılı ola bilər. Brent Crosun yaxın dostu olan tatu ustası George Siatos deyib ki, bir az səbirli olmaq gərəkir. Ola bilər ki, bir müddət sonra bu problemə də çözüm tapılacaq.

Cənab Cross deyir ki, bir çoxlarının ona yazığı gəlir. Fikirləşirlər ki, bu qədər tatu döydürən insan çoxsaylı bədən ağrısı yaşayıb. Ancaq onlar mənimlə bir az söhbət etdikdən sonra görürlər ki, mən də digərləri kimi normal adamam.