| Xəbər 6719 dəfə oxunub
Oyuncaq Kenə bənzəmək üçün 62-ci dəfə əməliyyatdan keçib

Oyuncaq Kenə bənzəmək üçün keçirmədiyi əməliyyat qalmayan 35 yaşlı Rodrigo Alves həyatının ən böyük əməliyyatı üçün ötən günlərdə İrana gedib.

62-ci əməliyyatla bütün üzünü haradasa tamamən dəyişdirən Alves əməliyyat öncəsi və sonrası İnstaqram təqibçilərinə proseslə bağlı məlumat vermişdi. Keçirdiyi estetik əməliyyatlarla başqa bir insana çevrilən Rodrigo Alves estetik asılılığından əziyyət çəkir.

Rodrigo Alves İranda göz qapaqlarını qaldırdı, çənə implantı etdirdi, burun düzəltdirmə əməliyyatları keçirdi. Alvesin keçirdiyi bütün bu əməliyyatlar 5 saat davam etdi.