| Xəbər 3245 dəfə oxunub
Fast fooddan qurtuldu və 82.5 kilo arıqladı

Kanadada yaşayan 172 kilo çəkisi olan qız fast food asılılığından qurtuldu və 82.5 kiloya düşdü.

Bu barədə “Daily Mail” nəşri xəbər verib. Alişa Makneyr məktəbdə oxuyan vaxt xeyli kökəlib. O, arıqlamağı çox arzulasa da, özünü dietaya məcbur edə bilmirdi. Həmyaşıdlarının ona qarşı etdiyi həqarət və sataşmalara görə 14 yaşında məktəbi atıb. O, çəkisi 172 kiloya çatana qədər kökəlib. “Mənim əcaib bir vərdişim vardı ki, yeməkləri daha çox tinlərdəki kiçik kafelərdən alırdım. Bəzən mən bir naharda doymaq üçün beş ayrı fastfood kafesinə girirdim”. 

Qızın 17 yaşı olanda qazlı içkilərə meyl edib. “Bəzən nəfəs almağa çalışanda anlayırdım ki, mənim iki yolum qalıb: ya ölməli, ya da dəyişməliyəm”- bunu da qız deyib. İlk vaxtlar o, daha çox yeriməyə və özünə sağlam menyu qurmağa çalışırdı. Daha sonra fastfooddan tamamən imtina etdi və idman zallarına baş çəkməyə başladı.

“İndiyə qədər mən 82.5 kilo atdım. Bu isə mənim çəkimin yarısı deməkdir” - Makneyr belə deyib. Hazırda onun 21 yaşı var. İndi o, fitneslə məşğul olur və fərdi trener olmağa çalışır.

Fevral ayında xəbər verilmişdi ki, Los Anceles sakini iki dəfə arıqlamağa nail olub və professional modelə çevrilib. 19 yaşında, çəkisi 135 kilo olanda dənizdə üzdüyü zaman az qala boğulub ölürdü. Bu olaydan sonra o, dietaya başladı.