| Xəbər 3128 dəfə oxunub
Şir fil balasına hücum etdi və sonu oldu

Cənubi Luanqvadakı milli parkda ac şir fil balasına hücum edib.

“Daily Mail”in xəbərinə görə, bir neçə saatdan sonra şir ölü vəziyyətdə tapılıb. Fil balası özünün üstün çəkisinə görə sağ qala bilib. O, bütün ağırlığı ilə şirin üstünə çöküb və sonuncu hücum məkanını dəyişənə qədər orada qalıb. Vəhşi heyvanların nadir mübarizə fotoları kanadalı fotoqraf Nyu Cey Uayta məxsusdur. Çəkilişlərdə fil balasının arıq şiri necə məğlub etməyə çalışdığı əksini tapır. Daha sonra o, hücumçunu təqib edir və qovur. “Heyvanların həyat, yaşamaq uğrunda necə mübarizə apardıqlarını izləmək çox çətin və ağır idi. Xüsusən o zaman ki, tərəflərdən birinin həyatı yeni başlayıb, digəri isə qocadır”. 

Fotoqrafın sözlərinə görə, o, parkda səyahət zamanı xəstə, arıq şiri görüb. Şir səhər saatlarında günəş şüalarının altında istirahət edirmiş və bədəni çox yorğun, yarıölü vəziyyətdə olub. “Onun arıq bədənindən, çıxmış sümüklərindən və halsız uzanmasından hiss olunurdu ki, əziyyət çəkir. Biz bir qədər uzağa gedəndə hiss etdim ki, onun halı çox pisdir və ölməyinə sayılı dəqiqələr qalıb”. 
Hadisədən bir müddət sonra şir ölüb.