| Xəbər 5645 dəfə oxunub
Pişikləri kirayə verən firma

Almaniyanın Köln şəhərində bugünlərdə qəribə bir firma fəaliyyətə başlayıb.

Kirayə pişik firması bir neçə günlüyə, hətta aylığa pişik sahibi olmaq istəyənləri arzusuna çatdırır. Firmanın 37 yaşlı sahibi Mark İvon deyib ki, onlara daha çox gənc qızlar və valideynlər müraciət edir. Qızlar rəfiqələrindən və ya sevgililərindən ayrı qalanda təsəllini bu yumşaq tüklü heyvanda tapırlar. Valideynlər isə hesab edir ki, uşağa sevgi hissi aşılamaq üçün onu heyvanlara yönəltmək vacibdir. İlk növbədə uşağa pişik kimi zərərsiz heyvanın köməyi ilə heyvan sevgisi aşılanır. Pişiklərin bir aylıq kirayəsi 90 dollar civarındadır.

İstəyənlər bir neçə günlük və ya həftəlik də pişik kirayələyə bilər ki, bu da günlük 3 dollar anlamına gəlir.