| Xəbər 2929 dəfə oxunub
Bibliyanı satmaq istədilər, həbs edildilər

Türk polisi üç nəfər qaçaqmalçını qədim Bibliyanı oğurladığına görə həbs edib.

Bu barədə "Anadolu" agentliyi xəbər verib. Təxmin edilir ki, kitab bizim eranın VIII əsrinə aiddir. Artefakt dəri üzlüyə və qızıl suyu ilə yazılışa malikdir. Bu kitabı xarici ölkələrə satmaq istəyən 3 nəfər həbs olunub. İstintaq çərçivəsində polis bu işdə iştirakçı olan daha 3 nəfəri də həbs edib.

2016-cı ildə mütəxəssislər qədim yəhudilərin dini kitablarından birini aşkarlamağa nail olmuşdular. Sözügedən kitabın 1.5 min yaşı var idi.