| Xəbər 5331 dəfə oxunub
Gürcüstanda azərbaycanlıların yaşadığı rayonda “donuz qripi”ndən bir nəfər öldü

Gürcüstanda azərbaycanlıların yaşadığı Marneuli rayonunda 55 yaşlı kişi A (H1N1) ("donuz qripi") virusundan ölüb.

Milli.Az report-a istinadən bildirir ki, "donuz qripi" ilə yanaşı pasiyentin digər xroniki xəstəlikləri də olub.

Ölən şəxsin etnik gürcü olduğu bildirilir.

 

Qeyd edək ki, Marneulidə "donuz qripi"nə yoluxma ilə bağlı 7-8 hal qeydə alınıb. Rayonun bütün xəstəxanaları qrip virusuna qarşı "Tamiflu" preparatı ilə təchiz olunub.

Gürcüstanda A (H1N1) virusundan 20 nəfərin ölməsi təsdiq olunub.