|
“Yamaç” əsgər gedir -

“Çukur” serialında “Yamaç Koçovalı” obrazını canlandıran Aras Bulut İynemli əsgər gedir.

“Bədəlli əsgərlik”dən yararlanan aktyor 21 gün xidmət edəcək.

Onun hərbi xidmətdə olduğu dövrdə isə onun əvvəlcədən çəkilmiş görüntülərindən istifadə ediləcək.

Qeyd edək ki, Türkiyədə “bədəlli əsgərlik”dən bir çox məşhur yararlanıb.