|
Qadınlar ideal ərlərindən NƏYİ GÖZLƏYİR?

Eşq - həyatımızın şirin dadıdır. Müştərək həyatımızda bacardığımız qədər qarşı tərəfin ehtiyaclarını və istəklərini ödəməyə çalışaq ki, həyatımız olduğundan daha da şirin olsun.

Hər hər bir kişi üçün ideal qadın o qadındır ki, ev işlərindən xəbəri var və onu ən gözəl şəkildə yerinə yetirə bilir. Bundan başqa hər axşam işdən evə gələndə dadlı şam yeməyi ilə yanaşı, isti ailə mühitini də hiss etmək istəyər.

Qadın isə arzu edir ki, həyat yoldaşı ona aşiq olsun və onu himayə etsin. O zaman ki, işdən evə gəlir, ona bir gül alsın və ya bir şirin söz desin.

Milli.Az gencaile.az-a istinadən bildirir ki, bu gün qadınların ideallıq meyarları dəyişmişdir. Belə ki, bu gün qadınlar evdən xaricdə çalışdıqları üçün ərlərindən gözləntiləri daha çoxdur. Onlar istəyir ki, ərləri onlara ev işlərini yerinə yetirməkdə yardım etsin. İndi kişilərin aldığı əmək haqqı bəzən evin ehtiyaclarını təmin etmədiyinə görə, qadınlar da çalışmağa məcbur olurlar. Belə olan zaman həm bayırda və həm də evdə ağır vəzifə altına girmək onları sarsıdır. Bu müasir iş qadınları istəyir ki, ərləri onlara ev işlərində yardım etsin və yükünün bir hissəsini çiyninə götürsün. Ər gərək həyat yoldaşının qəm yoldaşı olsun və onun stressini azaltsın. Qadınlar istəyir ki, kişilər müasir həyata uyğun rəftar etsinlər.

Kişilər isə istəyir ki, həyat yoldaşları anası kimi - 30 il əvvəlki qadınlar kimi rəftar etsin.

Stress o zaman artır ki, həqiqi olmayan gözləntilər ilə həyat gözləntiləri bir-birinə qarışar. Ən çox gərginlik yaradan tərəf isə qadınlardır. Bu günün qadınları analarından da ağır məsuliyyət altında qərar tuturlar. Çünki ev işləri ilı yanaşı, həm də iqtisadi təzyiqə də dözməlidirlər. Bundan başqa, genləri ona deyir ki, sən qadınsan və ev işlərini sən yerinə yetirməlisən.

 

Kişilərin bir çoxu gözəl və səliqəli evi sevir, ancaq ev əgər səliqəsiz olarsa, onlar üçün çox da mühüm deyildir. Mühüm olan şey - istirahət etməkdir. Ona görə də ən çox diqqətini cəlb edən şey - televizor və əyləşə biləcəyi divandır. Uzun bir iş günündən sonra kişi dərin bir nəfəs alar və evinə getməyi qərara aldığı andan, istirahət etməyə başlayar.

Lakin qadınlar bu cür deyildirlər. Qadın evinə qayıdan zaman ev işlərini xatırlayır və stressi artır. O, çirkli qabları və paltarları düşünür. Ona görə də evə gələn heç bir qadın istirahət deyə bir kəlmə ilə yaxın olmaz, əksinə, istirahət deyə bir şey olmaz. Qadın düşünür ki, əri saat 5-dən evə gəlibdir, bəs niyə ona yardım etmir? Bu zaman gərginliklər başlayır.

Kişi dərk etməlidir ki, əgər xanımı evdən bayırda işlə məşğuldursa, onun vəzifəsi ağırdır və bu ağır yükü azalda bilər. Ona yardım edə bilər. Əgər əri ona yardım edərsə, bu zaman psixoloji gərginliyi azalar. Lakin qadın nəzərə almalıdır ki, əri bir kişidir və onun da öz ehtiyacları vardır, ona ev işlərində yardım edə bilən qadın kimi baxmaq olmaz.

Ailədə qarşılıqlı anlaşma olarsa, hər iki tərəf razı qalar. Hər iki tərəf razı olan zaman ailə mühiti bağçaya çevrilər ki, hər tərəfindən gül ətri gələr.