|
Məşhurlar Hazal Kayanın xına gecəsində

Həmkarı Ali Atay ilə evlənməyə hazırlaşan türkiyəli aktrisa Hazal Kayanın xına gecəsi baş tutub.

Axşam.az xəbər verir ki, 6 fevralda toyu olması planlaşdırılan Kayanın xına mərasimində Songül Öden, Nur Fettahoğlu, Yıldız Çağrı kimi məşhurlar da olub.

Əyləncəli gecənin fotoları isə sosial mediada paylaşılıb.

Qeyd edək ki, Hazal Kaya “Aşkı memnu” serialı ilə məşhurlaşıb.