|
“Polat Alemdar” da boşanır

Türkiyəli aktyor Necati Şaşmaz həyat yoldaşından boşanır.

Axşam.az türk mətbuatına istinadən xəbər verir ki, 47 yaşlı sənətçi iki övladının anası, 26 yaşlı Nagehan Şaşmazla boşanmaq qərarına gəlib.

Cütlük 7 il öncə evlənib.

Qeyd edək ki, Necati Şaşmaz “Kurtlar Vadisi” serialındakı “Polat Alemdar” obrazı ilə məşhurlaşıb. O, Nagehandan öncə aktrisa Nur Fettahoğlu ilə sevgili idi.