|
"Qalatasaray" 4 qolla 1/4 finalda

Türkiyə kubokunda 1/8 finalın cavab oyunları keçirilir.

Qol.az xəbər verir ki, “Qalatasaray” öz meydanında 1-ci liqa təmsilçisi “Boluspor”u qəbul edib. Görüş İstanbul klubunun böyükhesablı qələbəsi ilə başa çatıb – 4:1. "Cim-bom"un heyətində 18 yaşlı hücumçu Yunus Akgün het-trik edib. Digər qolun ötürməsini də gənc forvard  edib. "Qalatasaray" bu qələbə ilə 1/4 finala yüksəlib.

“Qalatasaray” – “Boluspor” – 4:1
Qollar
: Akgün, 19 (1:0), Çelik, 33 (2:0), Akgün, 69 (3:0), 78-pen. (4:0), Bentley, 80 (4:1)
İlk oyun 1:0