|
Magistral yolda 2 zəncirvari yol qəzası: 1 ölü, 11 yaralı

İranın Kərəc-Qəzvin magistral yolunda 2 zəncirvari qəza nəticəsində 1 nəfər ölüb, 11 nəfər yaralanıb.

Trend-in məlumatına görə, bunu İranın Əlborz vilayəti təcili tibbi hallar mərkəzinin direktoru Mehrdad Babayi açıqlamasında deyib.

Babayinin sözlərinə görə, birinci yol qəzasında 1avtobus, 1 yük maşını və bir neçə avtomobil toqquşub. Nəticədə 4 nəfər yaralanıb. Yaralılardan biri xəstəxanada dünyasını dəyişib.

 

Digər yol qəzasında 2 ədəd pikap və bir neçə avtomobil toqquşub. Nəticədə 8 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Babayi Əlborz vilayətində güclü yağış nəticəsində yollar sürüşkən olduğunu diqqətə çatdırıb.