|
Yəməndə bazarda partlayış baş verib, ölənlər və yaralananlar var

Yəmənin Əl-Moha şəhərində (Taiz əyaləti) bazarda partlayış baş verib.

Trend-in "Al-Arabiya"ya istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 6 nəfər həlak olub, onlarla insan xəsarət alıb.

 

Hadisənin şahidləri bildiriblər ki, partlayıcı qurğu insanlar arasında polulyar qəhvəxananın yaxınlığında işə düşüb.