|
Asiya kubokunda ilk finalçı

Asiya kuboku-2019-da ilk finalçı müəyyənləşib.

Qol.az-ın məlumatına görə, birinci yarımfinal görüşündə İran və Yaponiya üz-üzə gəlib. Matç Yaponiyanın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

 

İran - Yaponiya - 0:3
Qollar
: Osako, 56, 67-pen, Haraquti, 90

Qeyd edək ki, digər yarımfinal görüşündə sabah Qətər və Birləşmiş Ərəb Əmirlikləri yığmaları qarşılaşacaq.