|
Milli Məclisin iki komitəsinə yeni sədr müavinləri seçilir

Milli Məclisin iki komitəsinə yeni sədr müavinləri seçilir.

Trend xəbər verir ki, Milli Məclisin qərarına əsasən, deputat Məlahət İbrahimqızının Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinə, deputat Şahin İşmayılovun isə Gənclər və idman komitəsinə sədr müavini kimi namizədliyi irəli sürülüb..

Milli Məclisin qərarı təsdiq edilmək üçün fevralın 1-də keçiriləcək plenar iclasın gündəliyinə daxil edilib.