|
“Sen anlat Karadeniz”in “Nefes”i altı mühafizəçi ilə gəzir?

“Sen anlat Karadeniz” serialının baş rol oyunçusu İrem Helvacıoğlunun 6 mühafizəçi ilə gəzdiyi görüntünün əks olunduğu foto ortaya çıxıb.

Axşam.az türk mətbuatına istinadən xəbər verir ki, həmin şəkil sosial şəbəkədə paylaşılıb.

Aktrisa isə yayılan fotosu ilə bağlı açıqlama verərək, görüntünün tədbirlərin birində çəkildiyini bildirib.

“Tədbir zamanı xeyli fotolar çəkdirdim və insan axını gedərək artırdı. Ona görə də, insan sıxlığından qurtulmağım üçün mənə kömək etdilər. Əslində, mühafizəçi ilə gəzmirəm” deyə, aktrisa məsələyə aydınlıq gətirib.