|
Corabın içinə soğan qoyub yatmağın inanılmaz faydaları

Soğanın A, B və C vitaminləri baxımından həddən artıq zəngin olduğunu, həmçinin antibiotik vəzifəsi yerinə yetirdiyini və digər faydalı xüsusiyyətlərini bilirik. Bəs, soğanın digər faydalrı haqda necə xəbəriniz varmı?

Axşam.az xarici KİV-ə istinadən yatarkən corabınızın içinə bir dilim soğan yerləşdirməyin faydaları barədə məlumat verir:

- Bununla ayağınızdakı xoşagəlməz qoxunu aradan qaldıraraq göbələklərdən xilas ola biləcəksiniz;

- Soğanın tərkibindəki fosfor turşusu siz yatarkən dəri altına və qana keçir. Bunun sayəsində yatarkən qanınızı təmizləmiş olursunuz;

- Soğanın antibakteriyal xüsusiyyəti yalnız ayaq qoxusunu aradan qaldırmaqla bitmir, eyni zamanda qana qarışaraq immunitet sisteminizə də yardımçı olur;

- Soğanın bir hissəsini yatmazdan əvvəl ayağınızın altına qoyduğunuz təqdirdə, onun tərkibində olan sulfid bədəninizə sürətlə işləyir, toksinlərin bədəndən atılmasına kömək edir.