|
Isveçrədə iki nəfər qar uçqunu nəticəsində həlak olub

İsveçrədə iki nəfər qar uçqunu nəticəsində həlak olub. Trend-in məlumatına görə, İsveçrənin Fribur və Vo kantonlarında qar uçqunu nəticəsində iki nəfər ölüb.

Məlumata görə, qar uçqunu 14 nəfərlik qrupun hərəkəti nəticəsində baş verib. Hadisə nəticəsində 3 nəfər qar altında qalıb və onlar helikopterlərlə xəstəxanalara çatdırılıblar.

 

Bir nəfəri xilas etmək mümkün olmayıb. Hadisənin araşdırıldığı bildirilir.