|
"Qəbələ"nin oyununda 4 qol

Mövsümün ikinci yarısının hazırlıqlarını Türkiyədə davam etdirən "Qəbələ"  bu gün qardaş ölkədə növbəti yoxlama oyununu keçirib.

Qol.az-ın məlumatına görə, "qırmızı-qaralar" ikinci sınağında Rusiya Premyer Liqasında çıxış edən "Yenisey" klubu ilə qarşılaşıb. Oyun 2:2 hesablı bərabərliklə yekunlaşıb. 

Xatırladaq ki, “Qəbələ” bundan əvvəl Antalyada Almaniyanın “Meppen” klubu ilə görüşüb. Qarşılaşma “qırmızı-qaralar”ın 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.


Yoxlama oyunu

20 yanvar

18:00. "Qəbələ" - "Yenisey" - 2:2
Qollar:
 Rauf Əliyev, 53, Sabien Lilay, 72