|
Aİ və Dünya Bankı "Şərq Tərəfdaşlığı" ölkələrinin infrastrukturunu inkişaf etdirəcəklər

Brüsseldə hesab edirlər ki, "Şərq Tərəfdaşlığı" ölkələri arasında və bu ölkələrlə Avropa İttifaqı dövlətləri arasında nəqliyyat əlaqələrinin gücləndirilməsi iqtisadi artıma və iş yerlərinin yaradılmasına gətirib çıxaracaq.

Trend-in "Deutsche Welle"yə istinadən verdiyi məlumata görə, Avropa Komissiyası və Dünya Bankı "Şərq Tərəfdaşlığı" ölkələrində - Ukrayna, Gürcüstan, Moldova, Azərbaycan, Belarus və Ermənistanda infrastrukturun inkişafı üzrə plan hazırlayıblar.

Avropa Komissiyasının mətbuat xidmətindən bildirilib ki, bu planın həyata keçirilməsi üçün təxminən 13 milyard avro tələb olunacaq. Bu vəsait 4800 kilometr avtomobil və dəmir yollarının, həmçinin bir sıra limanların, aeroportların, logistika mərkəzlərinin və sərhəd məntəqələrinin tikintisinə və təmirinə yönləndiriləcək.

 

Bəzi layihələri 2020-ci ilə qədər, digərlərini isə 2030-cu ilə qədər reallaşdırmaq nəzərdə tutulur.

Nəqliyyat məsələləri üzrə Avropa komissarı Violetta Bulk bildirib: "Şərq Tərəfdaşlığı" regionu daxilində və "Şərq Tərəfdaşlığı" ölkələri ilə Aİ ölkələri arasında nəqliyyat əlaqələrinin gücləndirilməsi iqtisadi artıma və iş yerlərinin yaradılmasına gətirib çıxaracaq".